Bakı. Günaydın:
ARDNF-nin bu il neft üzrə aktivləri 60 milyard dollar təşkil
edəcəyi proqnozlaşdırılır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bunu
ARDNF-nin İcraçı direktorun müavini Bəhruz Bəhramov “ARDNF – nin
Media Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin
perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.
<!—->
<!––>
“Dünyada neft qiymətinin dəyişimi Fondun neft gəlirlərinə təsir
edir. Bu gün baş verən geosiyasi proseslər fonunda bizim risk,
gəlirlilik konteksində 1 il ərzində elə bir ciddi dəyişiklik
görməyəcəyik. Ümumilikdə, ARDNF-nin neft gəlirləri 9 milyard 810
milyon manat olacağı gözlənilir”, – o bildirib.