Bakı. Günaydın:
Dünyanın müxtəlif yerlərində daşınmaz əmlaklar üzrə pay əldə
edirik. 500-dən çox daşınmaz əmlak obyektində bizim payımız
var.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bunu bu gün ARDNF-nin İnvestisiya departamentinin
direktoru Fərhad Zeynalov “ARDNF – nin Media Dialoqu: 2024-cü ilin
investisiya yekunları və 2025-ci ilin perspektivləri” mövzusunda
keçirilən tədbirdə deyib.
O, Fondun yaranma tarixindən etibarən daşınmaz əmlak
investisiyalarından illik 2,9% və ya 1 milyard dollar gəlirlilik
əldə edildiyini bildirib: “Portfelin regionlar və sektorlar üzrə
bölgüsünün qlobal daşınmaz əmlak indeksinin tərkibinə
uyğunlaşdırılması hədəflənir.
<!—->
<!––>
Hazırda 4 daşınmaz əmlaka edilən birbaşa investisiyalarımız
mövcuddur. Bunlar Moskva, Tokio, Paris və Londonda yerləşir. Biz bu
il üzrə də daşınmaz əmlaka investisiyalarımızı davam etdirməyi
planlaşdırırıq”.
“Həmçinin bir məlumatı da qeyd edim ki, keçən il ərzində qızıl
alışlarımızı da bərpa etmişik. İl ərzində təxminən 45 tona yaxın
qızıl külçələri alınıb və ötən ilin sonuna ümumi qızıl portfelimiz
147 tona yaxın olmuşdur. Bu il ərzində də qızl alışlarımızı davam
etdirəcəyik. Qızılın Fondun investisiya siyasətinin aktiv
bölgüsündə 25% paya çatdırılması nəzərdə tutulur”, – deyə F.
Əhmədov qeyd edib.