Bakı. Günaydın:
Danimarkanın milli poçt xidməti “PostNord” 2025-ci ilin sonunda
məktubların çatdırılmasını tamamilə dayandıracaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, 1624-cü ildən Danimarkada məktub və bağlamaların
göndərilməsi üçün universal poçt xidməti fəaliyyət göstərir, lakin
rəqəmsal xidmətlər bazarının inkişafı ilə kağız sənədlərdən
istifadə kəskin şəkildə azalıb.
<!—->
<!––>
Hazırda Danimarka dünyanın ən rəqəmsallaşmış ölkələrindən biri
hesab olunur.
Qeyd edilir ki, istənilən ehtiyac üçün proqram var, sənədlər
smartfonda saxlanılır və səlahiyyətli orqanlar fakturaları onlayn
göndərir.