Bakı. Günaydın:
Martın 8-də və 9-da ölkə ərazisində qeydə alınan 98, əvvəlki
dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən
borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.
<!—->
<!––>
Narkotiklərlə əlaqəli 46, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 101 nəfər saxlanılıb.