Bakı. Günaydın:
PSJ-nin ulduz futbolçusu Usman Dembele karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu mövsüm yüksək performansı ilə diqqət çəkən fransalı vinger
“Liverpul”un transfer hədəfinə düşüb.
<!—->
<!––>
Premyer Liqa klubu Dembeleni mövsümün sonunda müqaviləsi başa
çatan Məhəmməd Salahın əvəzləyicisi kimi görür. “Liverpul” 27 yaşlı
hücumçunun transferi üçün PSJ-yə 100 milyon avro ödəməyə
hazırdır.
Qeyd edək ki, Usman Dembele 2023-cü ilin avqustundan PSJ-də
çıxış edir. Fransa millisinin üzvü bu mövsüm Paris klubunun
heyətində 36 rəsmi matçda 29 qol vurub və 6 məhsuldar ötürmə
edib.