Bakı. Günaydın:
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
tədbirlər nəticəsində oğurluq hadisələri törətməkdə şübhəli bilinən
Həmid Yarəliyev, Zaur Popov, Elşən Mahmudov və Elgün Müseyibov
saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata
görə, həmin şəxslərin qabaqcadan əlbir olaraq rayon ərazisində bir
neçə avtomobildən müxtəlif aksessuarlar, səs gücləndiricilər,
akkumulyator, eləcə də evlərdən müxtəlif inşaat qurğuları
oğurladıqları müəyyən edilib.
<!—->
<!––>
Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan
tədbiri seçilib.