Bakı. Günaydın:
“Barselona” Kataloniya klubu, müdafiəçi İniqo Martineslə
müqavilənin müddətini uzadıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, yeni razılaşma növbəti mövsümün sonunda başa çatacaq. Tərəflər
2023-cü ildən komandada çıxış edən 33 yaşlı futbolçunun çıxışından
məmnun olduqlarını bildirib.
<!—->
<!––>
Bu mövsümdə Martines 33 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə
diqqət çəkib.