Bakı. Günaydın:
“Google” çoxhissəli suallar verməyə imkan verən yeni süni
intellektlə işləyən axtarış rejimini sınaqdan keçirməyə
başlayacaq.
Trend bu barədə xarici
KİV-lərə istinadən məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, “AI Mode” kimi tanınan yeni funksiya eyni vaxtda
fonda bir neçə əlaqəli axtarış sorğusunu həyata keçirir, insanların
növbəti hansı alt mövzularla maraqlanacağını təxmin edir və bir
neçə axtarış istiqamətini ümumiləşdirən vahid düzgün cavabı təqdim
edir.
Yeni alət məşhur süni intellektlə işləyən “Perplexity”
xidmətləri və “OpenAI” şirkətinin “ChatGPT” axtarış motoru ilə
rəqabət aparmaq məqsədi daşıyır.