OPPO şirkəti OPPO Find X8s, X8s+ və Find X8 Ultra smartfonları ilə yanaşı OPPO Pad 4 Pro flaqman planşetini də təqdim edib. Şirkətin bu yeni planşeti böyük ölçülü ekranı və Snapdragon prosessorunu əldə edib. Beləliklə OPPO Pad 4 Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3392×2400 piksel keyfiyyətli 13.2 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir. Planşet özündə Dolby Atmos dəstəkli 8 ədəd səsgücləndiricini birləşdirir.

Bu yeni planşet Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 8/12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Beləliklə bu, Snapdragon 8 Elite prosessorunu əldə etmiş ilk planşet oldu. Kameralar mövzusunda OPPO Pad 4 Pro 13 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet 67 vatt gücündə sürətli şarj texnologiyalı 12 140 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OPPO Pad 4 Pro 16 aprel tarixində Çində satışa çıxacaq və onun qiyməti 461$-dan start götürəcək. Çox güman ki, bu planşet qlobal bazarda OnePlus brendi altında satışa çıxacaq.
Mənbə: GSMarena