Vivo şirkəti yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Vivo V50e-dən gedir. Vivo-nun bu yeni orta büdcəli smartfonu böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo V50e smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392×1080 piksel keyfiyyətli 6.77 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1800 nit təşkil edir. Ekran həmçinin Diamond Shield Glass qoruyucu şüşəsi ilə əhatə olunub.

Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi isə IP68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Vivo V50e smartfonu MediaTek Dimensity 7300 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 5600 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo V50e 17 aprel tarixində satışa çıxacaq və onun qiyməti 336$-dan start götürəcək.
Mənbə: GSMarena