Bakı. Günaydın:
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi
istiqamətində tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki,
tədbirlərlə əvvəllər də dəfələrlə məhkum olunmuş 49 yaşlı Mübariz
Bəşirov saxlanılıb.
Ondan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və
29 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs həmin
silahı satmaq məqsədilə saxladığını bildirib.
<!—->
<!––>
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə
M.Bəşirov barəsində həbs qətimkan tədbiri seçilib.
Son 1 ay ərzində şöbə əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində vətəndaşlardan qanunsuz saxladıqları
müxtəlif çaplı 20 ov tüfəngi müəyyən olunaraq götürülüb. Həmin
şəxslər barəsində müvafiq qanunvericiliyə uyğun tədbirlər
görülüb.
Bu istiqamətdə zəruri bilinən əməliyyat tədbirləri davam
etdirilir.