Nothing şirkətinə məxsus olan CMF brendi, hələ təqdim olunmamış CMF Phone 2 Pro smartfonunu göstərən iki qısa animasiya yayımlayıb. Promo materiallar cihazın dizaynının bir hissəsini ortaya çıxarıb, həmçinin konstruktor baxımından əsas xüsusiyyətlərindən birini nümayiş etdirib. Smartfon seriyaya xas olan vintlərlə təchiz olunacaq – bu isə çıxarıla bilən arxa qapağa və müxtəlif aksesuarların bərkidilməsi imkanına işarə edir. Bundan əlavə, cihaz iki rəng variantında təqdim olunub. Birinci animasiyada yarı-mat, gümüşü-boz gövdə, ikinci animasiyada isə mat teksturalı, tünd boz rəng və təkrar emal olunmuş plastik materiallara xas çökəkli səth göstərilib. Smartfonun təqdimatı 28 aprel tarixində baş tutacaq, lakin onun texniki xüsusiyyətləri və qiyməti hələ açıqlanmayıb.

