Red Magic brendi 16 aprel tarixində Red Magic 10 Air adlı nazik gövdəli yeni gaming smartfonunu təqdim edəcək. İndi isə brend rəsmi təqdimatı gözləmədən sözügedən yeni gaming smartfonunun xarici görünüşünü sərgiləmək qərarına gəlib. Verilmiş məlumata əsasən Red Magic 10 Air smartfonu bazara 3 gövdə rəngində satışa çıxacaq. Shadow Black, Frost Blade White və Flame Orange. Fotolardan da görmək olar ki, bu yeni smartfon yastı gövdə dizaynını əldə edib və özündə üçlü arxa kameranı birləşdirir. Üstəlik Red Magic 10 Air-in ekranı üzərində ön kamera üçün heç bir çıxıntı hissə yoxdur. Bu isə o deməkdir ki, ön kamera ekranın alt hissəsinə inteqrasiya edilib. Üstəlik ekran ətrafı çərçivələr də olduqca nazikdir. Bundan əlavə olaraq rəsmi şəkildə təsdiqlənib ki, Red Magic 10 Air-in gövdə qalınlığı 7.85 mm təşkil edir.



