WhatsApp istifadəçilərin mesajlaşma və zəng təcrübələrini yaxşılaşdırmaq üçün söhbətlər, zənglər və kanallar üzrə bir sıra yeni yeniliklər elan edib. Bu yeniliklər, WhatsApp-ın Telegram və Discord kimi məşhur platformalarla rəqabətini davam etdirməsi fonunda təqdim olunur. Ən diqqətçəkən yeniliklərdən biri, qrup çatlarının yuxarı hissəsində görünən onlayn göstəricisidir – bu göstərici hazırda neçə nəfərin aktiv olduğunu və söhbətə hazır olduğunu göstərir. Digər bir qrup çat yeniliyi isə bildirişlərin seçilərək vurğulanması imkanıdır. Artıq siz yeni əlavə olunan “Notify for” funksiyasından istifadə edərək “Highlights” rejimini seçə bilərsiniz.

Bu rejim yalnız @mention, cavablar və yadda saxlanılmış kontaktlardan gələn mesajlar üçün bildiriş almanıza imkan verir. Əgər istəsəniz, “All” seçimi ilə bütün bildirişləri ala bilərsiniz. Digər bir yenilik iPhone-da sənədləri skan edib göndərmək imkanıdır. Bu funksiyaya daxil olmaq üçün istifadəçilər əlavə (attachment) seçimlərdən “sənədi skan et” seçimini etməli və daha sonra sənədi skan etmək, kəsmək və yadda saxlamaq üçün göstərilən addımları izləməlidirlər. Bundan əlavə, iPhone istifadəçiləri artıq WhatsApp-ı özlərinin əsas mesajlaşma və zəng tətbiqi kimi təyin edə bilərlər.
Həmçinin, iPhone-da videozəng zamanı görüntünü böyütmək üçün iki barmaqla yaxınlaşdırma (pinch to zoom) funksiyası da əlavə olunub. Videozənglərə gəlincə, WhatsApp bildirir ki, onun bu texnologiyası yenilənib, nəticədə videozənglər daha keyfiyyətli və etibarlı olacaq – bu da kəsilən zənglərin və donan görüntülərin azalmasına səbəb olmalıdır. WhatsApp artıq bir müddətdir ki, istifadəçilərə qrup çatlarında tədbirlər yaratmağa imkan verirdi, indi isə fərdi çatlarda da tədbir yaratmaq funksiyasını təqdim edir. Bundan əlavə, tədbirlər funksiyası bir sıra yeniliklər əldə edib.
– “Bəlkə iştirak edərəm” seçimi ilə daha sonra cavab vermək imkanı,
– Yanınızda bir nəfər dəvət etmək (plus one),
– Tədbirin bitmə tarixi və saatını əlavə etmək,
– Tədbiri çatın yuxarı hissəsində bərkitmək – bu, onun daha asan tapılmasına kömək edir.
Əlavə olaraq, fərdi zəng zamanı söhbət pəncərəsindən bir nəfəri zəngə əlavə etmək imkanı da gəlib – bunun üçün ekranın yuxarısındakı zəng ikonuna toxunaraq “Zəngə əlavə et” seçimini seçmək kifayətdir. Kanallara da 3 yenilik əlavə olunub:
– Adminlər artıq qısa videolar yazıb izləyicilərlə paylaşa bilərlər,
– Kanal üçün unikal QR kodlar yaradaraq birbaşa keçid paylaşmaq mümkündür,
İndi kanallardakı səsli yeniləmələrin yazılı xülasəsini almaq da olar – bu, yolda olarkən və fərdi mesajları oxumağa vaxt olmadıqda faydalıdır.
Mənbə: Techcrunch