Bakı. Günaydın
Ağdam-Füzuli yolunda baş verən yol-nəqliyyat hadisəsi
nəticəsində 1996-cı il təvəllüdlü şəxs (kişi cinsli) 06.03.2025-ci
il tarixində saat 19:30 radələrində Bərdə Rayon Mərkəzi
Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya
olunub.
Bu barədə TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib.
<!—->
<!––>
Dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, döş qəfəsinin
küt travması, qarnın küt travması, sol ayağın dördüncü barmağının
əsas falanqasının yerdəyişmiş sınığı diaqnozları təyin edilən şəxsə
zəruri tibbi yardımlar göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi
davam etdirilir, vəziyyəti orta ağırdır.
Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları
qəzaya düşüblər. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol
kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət
alıb.