Bakı. Günaydın:
“Apple” korporasiyası istifadəçilər üçün şifrələnmənin
deaktivləşdirilməsi tələbinə görə Britaniya hökumətini məhkəməyə
verib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu haqda “Financial Times” (FT) yazır.
Fevral ayında “The Washington Post”da olan mənbələr Britaniya
hökumətinin “Apple” dan istifadəçilərin məlumatların şifrələnməsini
söndürməsini və onların informasiyasına sürətli çıxışı təmin etmək
üçün “bekdor” yaratmağı tələb etdiyini yazırdı. Martın əvvəlində
“Apple” bu tələblə əlaqədar Böyük Britaniyanın müstəqil məhkəmə
orqanı olan İstintaq Səlahiyyətli Tribunalına şikayət ərizəsi
təqdim edib.
<!—->
<!––>
Adı çəkilən məhkəmə başlıca olaraq güc strukturları ilə bağlı
şikayətlərə baxır.
Mənbələrin iddiasına əsasən, Amerika IT nəhənginin şikayətinə bu
ayın sonuna kimi baxıla bilər. Tribunal Böyük Britaniya daxili
işlər nazirliyinin bu tələbini qanunsuz hesab etsə, “Apple” həmin
sərəncamın ləğv olunmasına nail ola bilər.