Bakı. Günaydın:
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ildən
investisiya siyasətinin valyuta və aktiv bölgüsündə ediləcək
dəyişikliklər məlum olub.
Trend
xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun Risklərin
idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və
gəlirliliyi şöbəsı̇nin müdiri Toğrul Rəhimbəyli “ARDNF – nin Media
Dialoqu: 2024-cü ilin investisiya yekunları və 2025-ci ilin
perspektivləri” mövzusunda keçirilən tədbirdə məlumat verib.
<!—->
<!––>
“Bu ildən Fondun valyuta bölgüsündə ABŞ dolları və qızıl, avro,
ingilis funtu minimum 85%, digər valyutalar üzrə isə 15% paya sahib
olması planlaşdırılır. Fondun investisiya siyasətinin aktiv
bölgüsündə isə istiqrazlar 40%, səhmlər 25%, daşınmaz əmlak və
infrastruktur 10%, qızıl 25% paya sahib olacaq”, – T. Rəhimbəyli
qeyd edib.