Bakı. Günaydın Life:
İlk dəfə olaraq dünyaca məşhur müğənni Castin Timberleyk Bakıda
möhtəşəm konsert proqramı ilə çıxış edəcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
“iTicket Production” və “DREAM Group International” tərəfindən
təşkil olunmuş konsert iyulun 27-də Bakı Olimpiya stadionunda baş
tutmalıdır.
Müasir dövrün ən parlaq artistlərindən olan 10 qat GRAMMY
mükafatı laureatı, dünya səhnəsinin super-ulduzu və “Can’t Stop the
Feeling!”, “SexyBack”, “Mirrors” kimi məşhur hitlərin ifaçısı –
Bakıya möhtəşəm şou bəxş edəcək.
Castin Timberleyk – hərtərəfli artistdir: müğənni, musiqi
prodüseri, nəğməkar şair və aktyor. Karyerası ərzində onun dünya
üzrə 54 milyondan çox albomu və 63 milyon sinqlı satılıb, əlavə
olaraq NSYNC qrupunun tərkibində 70 milyon disk satışına nail
olub.
<!—->
<!––>
O- “Man of the Woods”, “The 20/20 Experience”,
“FutureSex/LoveSounds”, “Justified”, həmçinin “Jay-Z” ilə
əməkdaşlığına görə, pop musiqi, rəqs musiqisi və R&B
kateoqriyalarında on qatı GRAMMY mükafatı laureatı olub. Castinin
ümumi audio və video strimlərinin sayı dünya üzrə 23 milyardı ötüb.
O həmçinin “Saturday Night Live” verlişindəki parlaq çıxışlarına
görə dördqat “Emmy” mükafatçısı olub.
Kinoda o “DreamWorks” studiyasının TROLLS animasiya
franşizasının, o cümlədən saqanın son çıxmış “TROLLS BAND TOGETHER”
(2023) filminin personajlarının dublyaj aktyoru olub. Onun birinci
filmdən olan “Can’t Stop the Feeling!” adlı treki 2017-ci ildə “ən
yaxşı orijinal mahnı” nominasiyasında “Oskar” mükafatına layiq
görülüb. Bu yaxınlarda artist 18 yeni trekdən ibarət sayca altıncı
studiya albomunu (Everything I Thought It Was) buraxdırıb. Onların
arasında “Selfish” və “No Angels” kimi populyar sinqllar yer
alır.
Qarşıdakı Bakı konsertində onun pərəstişkarları artistin həm ən
çox sevilən hitlərini həm də artıq bütün rəqəmsal platformalarda
əlçatan olan “Everything I Thought It Was” albomundan olan yeni
mahnılarını dinləyə biləcəklər.
Biletlər aprelin 14-ü saat 12:00-dan etibarən “iTicket.az”
saytında, mobil tətbiqlərdə, həmçinin şəhərin bütün kassalarında
satışa çıxarılacaq.