Bakı. Günaydın:
Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı
mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına
nəzarətin gücləndirilməsi, narkotik vasitələr, psixotrop maddələr
və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə
tədbirləri davam etdirilir.
Dövlət Sərhər Xidmətindən Trend-ə bildirilib ki, mart ayının 6-da Dövlət Sərhəd
Xidmətinin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində
dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd
naryadı tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub
ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran
rayon sakinləri – 1979-cu il təvəllüdlü Mustafayev Dəyanət Ələddin
oğlu və 1980-ci il təvəllüdlü Ağaoğlu Elşən Əliş oğluna məxsus üzmə
vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram
narkotik vasitə marixuana aşkarlanıb.
<!—->
<!––>
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.