Spermanın sitoplazmaya yeridilməsi metodu – süni mayalanmanın bir növü olan bu üsul 1990-cı illərdə hazırlanıb və bu günə qədər geniş şəkildə tətbiq olunur. Peşəkar embrioloq bir spermatozoid hüceyrəsini yetkin yumurta hüceyrəsinə inyeksiya edir. ABŞ və Meksikadan olan bir qrupun hazırladığı yeni yanaşma bu prosesi insan nəzarətindən çıxarır. Süni zəka əsaslı platforma bu prosedurun 23 mərhələsinin hamısını avtomatlaşdıraraq misilsiz dəqiqlik və ardıcıllıq təmin edir. “ICSI metodu” kimi tanınan bu yeni sistem özündə müasir robot texnologiyasını və süni zəka alqoritmlərini birləşdirir.

Alqoritmlər təkcə mikroinyeksiyaları deyil, həm də seçilmiş spermatozoidlərin hərəkətsizləşdirilməsi üçün istifadə olunan lazerləri idarə edirlər. Avtomatlaşdırılmış sistem Nyu-York və Qvadalaxarada yerləşən Conceivable Life Sciences şirkətindən olan multidissiplinar mütəxəssislər qrupu tərəfindən hazırlanıb və təsvir edilib. Süni mayalanma prosesi Hope IVF Mexico (Qvadalaxara) klinikasında məhsuldarlıq laboratoriyasında müxtəlif avtomatlaşdırma proseslərinin pilot araşdırması çərçivəsində müşahidə şurasının nəzarəti altında həyata keçirilib. Nəticəsində körpənin dünyaya gəldiyi təcrübədə daha əvvəl uğursuz süni mayalanma təcrübəsi olan 40 yaşlı bir pasient iştirak edib.
Avtomatlaşdırılmış ICSI sistemi donor yumurta hüceyrələrindən beşini mayalandırıb, əlavə olaraq üç yumurta hüceyrə isə klinika əməkdaşları tərəfindən əl ilə mayalandırılıb. Avtomatlaşdırılmış prosedur hər bir yumurta hüceyrəsi üçün təxminən 10 dəqiqədən az vaxt aparıb. Müəlliflərin sözlərinə görə, gələcəkdə ediləcək təkmilləşdirmələr bu sürəti daha da artıra bilər. “İntellektual sistemin sayəsində – professor Mendisabal-Ruis izah edir – sistem spermanı avtonom şəkildə seçir və onu inyeksiya üçün hazır vəziyyətə gətirərək lazer vasitəsilə onun orta hissəsini dəqiq şəkildə hərəkətsizləşdirir.

Bu sürətli və dəqiq prosesi insan imkanlarını üstələyən dəqiqlik səviyyəsində yerinə yetirir”. Robot tərəfindən mayalandırılan beş yumurta hüceyrəsindən dördü normal şəkildə inkişaf edib. 3700 kilometr məsafədən məsafədən idarə olunan inyeksiya ilə yaradılan embrion kisəsi dondurulub və sonradan pasientin uşaqlığına köçürülüb. Hamiləlik heç bir fəsadsız keçib və nəticədə sağlam bir oğlan uşağı dünyaya gəlib. Yaradıcıların sözlərinə görə, ICSI metodunun avtomatlaşdırılması nəticələrin səmərəliliyini və sabitliyini artırmaqla yanaşı, insan operatorların üzərindəki yükü də azalda bilər.
Mənbə: Eurekalert