Bakı. Günaydın:
Şirvan şəhəri ərazisində yerləşən obyektlərin birindən ümumi
dəyəri 5000 manatdan artıq olan metal avadanlıqların oğurlanması
barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən
məlumata görə, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən tədbirlərlə faktı törətməkdə şübhəli bilinən Daşqın
Mütəllimov, İsmayıl Gözəlov və Əfqan Abbasov müəyyən olunaraq
saxlanılıblar.
Bildirilib ki, İ.Gözəlovun bir təsərrüfatdan iki baş xırda
buynuzlu heyvan oğurlaması da müəyyən edilib.
<!—->
<!––>
Eyni zamanda polis əməkdaşları tərəfindən Şirvan şəhəri
ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
keçirilən tədbirlər nəticəsində isə Ramil Zeynalov, Azad Həsənov,
Sahib Nuralıyev, Mirabbas Səfərov və Elcan Əmirov
saxlanılıblar.
“Onlardan müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop
maddələr aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir”,- deyə məlumatda
qeyd edilib.