Bakı. Günaydın:
Türkiyə 2025-cü ilin fevral ayında Azərbaycana hazır geyim
ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz azalaraq
3 milyon 894 min 55 dollara çatdırıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat
verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Azərbaycana
hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə
24,9 faiz azalaraq,7 milyon 503 min 7 dollara bərabər olub.
<!—->
<!––>
Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin
dünya bazarlarına hazır geyim ixracı 2024-cü ilin eyni ayı ilə
müqayisədə 5 faiz azalaraq, 2 milyon 770 min 450 dollara bərabər
olub.
“Bu ilin fevral ayında Türkiyə 1 milyon 358 min 571 dollar
məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin fevral ayı
ilə müqayisədə 9,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025)
Türkiyə 17 milyon dollar məbləğində hazır geyim ixrac edib.