Bakı. Günaydın:
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Liverpul”un ulduz
müdafiəçisi Vircil Van Daykı transfer etmək istəyir.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, Səudiyyə təmsilçisi niderlandlı futbolçuya illik 20 milyon avro
maaş təklif edib.
<!—->
<!––>
Qeyd edək ki, Van Dayk 2024/25 mövsümündə “Liverpul”un heyətində
40 oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə edib.