Xiaomi şirkəti öz yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Xiaomi 4K Monitor A27Ui adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840×2160 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 360 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 6 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə HDMI, DisplayPort və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Xiaomi 4K Monitor A27Ui-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
