Bakı. Günaydın:
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma”
indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və
kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol
Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya
tərəfindən təsdiq edilib.
Trend-ə bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, Yol Xəritəsinə əsasən, vergi öhdəliyinin
əvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizminin
stimullaşdırılması, bununla bağlı müraciətlər və qəbul edilmiş
qərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təmin
olunması üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətində
işlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, ekoloji
vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə
dairəsinin müəyyən edilməsi məqsədilə beynəlxalq təcrübənin
öyrənilməsi və hazırlanmış icmalın Komissiyaya təqdim olunması
planlaşdırılır.
<!—->
<!––>
İl ərzində mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuş
sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin
edilməsi, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə
mərhələli keçidin tətbiqi, eləcə də “Biznes mühitini və vergi
yükünü araşdır” və “Vergitutma rejiminin seçimi” adlı yeni elektron
xidmətlərin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, “Vergitutma” sahəsində müvafiq yol xəritəsinin
həyata keçirilməsinə məsul “Vergi və hesabatlılıq” İşçi qrupuna
Dövlət Vergi Xidməti rəhbərlik edir.
Yol Xəritəsi ilə aşağıdakı link vasitəsilə tanış olmaq
mümkündür:
https://www.taxes.gov.az/uploads/2025/strategiya/2025.pdf