Bakı. Günaydın:
Bakının Sabunçu rayonunda 9 otaqlı evin qarajında yanğın
olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
<!—->
<!––>
Bildirilib ki, ümumi sahəsi 350 m² (hər mərtəbəsi 175 m²) olan
ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən, sahəsi 40 m² olan
qarajın yanar konstruksiyaları və içərisindəki ev əşyaları
yanıb.
Evin digər hissələri alovdan mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.