Bakı. Günaydın:
Ukrayna münaqişəsinin həlli danışıqlar prosesinə
əsaslanmalıdır.
Trend-in
məlumatına görə, bu barədə Çinin xarici işlər naziri Vanq Yi
deyib.
“Danışıqlar münaqişənin son nöqtəsidir, eyni zamanda sülhün
bərpasının başlanğıcıdır”, – deyə o bildirib.
<!—->
<!––>
Diplomat qeyd edib ki, Çin Ukrayna ətrafında vəziyyətin sülh
yolu ilə nizamlanmasına yönəlmiş bütün səyləri alqışlayır.
Eyni zamanda o, əlavə edib ki, “bir ölkənin təhlükəsizliyi digər
ölkənin təhlükəsizliyinin olmaması üzərində qurula bilməz”.
Vanq Yi münaqişənin uzandığını və problemin həlli üçün vaxta
ehtiyac olduğunu etiraf edib.