Bakı. Günaydın:
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə
tədbirləri davam etdirilir.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə DİN-in Mətbuat
Xidməti məlumat yayıb.
Məlumata görə, daxil olan məlumat əsasında keçirilən son
əməliyyat nəticəsində 25 yaşlı Elgün Muradov saxlanılıb. Onun
üzərindən 4 kiloqramdan artıq heroin, həşiş və psixotrop maddə
metamfetamin aşkarlanaraq götürülüb.
“E.Muradov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran
vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və
narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək
ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
<!—->
<!––>
Faktla bağlı araşdırmalar aparılır.
Ümumilikdə isə Nəsimi rayonunda cari ilin əvvəlindən polisin
keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 110 fakt
aşkarlanıb və nəticədə 24 kiloqram narkotik vasitə qanunsuz
dövriyyədən çıxarılıb”, – məlumatda qeyd edilib.