Bakı. Günaydın:
Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində
təqsirləndirilən şəxs Qarik Martirosyan sərbəst ifadəsində bəzi
məsələləri etiraf edib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, o, Birinci Qarabağ müharibəsində Ağdam rayonunda ön
postlarda olduğunu etiraf edərək bildirib: “İkinci Qarabağ
müharibəsində isə Əsgəran rayonunda olmuşuq. 44 günlük müharibə
zamanı da orada olmuşam”.
<!—->
<!––>
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və
insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,
müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının
məhkəməsi martın 10-da davam etdiriləcək.