Bakı. Günaydın:
Aya insanlı uçuşlar üçün yaradılan “Super Heavy” daşıyıcı
aparatı ilə “Starship” kosmik gəmisinin buraxılışı uğursuz
olub.
Trend-in
məlumatına görə, bu barədə “SpaceX” şirkəti xəbər verib.
<!—->
<!––>
Məlumata əsasən, buraxılışdan təxminən 10 dəqiqə sonra gəmi ilə
əlaqə kəsilib. Telemetriya məlumatlarının daxil olması
dayandırıldı. Gəmi mühərrikin nasazlığı səbəbindən hündürlüyünü
itirməyə başlayıb.
Bildirilib ki, “Super Heavy” daşıyıcısı gəmidən ayrıldıqdan
sonra uğurla buraxılış kompleksinə endi və burada “Mechazilla”
sisteminin manipulyator qolları tərəfindən götürüldü.