Bakı. Günaydın:
ABŞ Dövlət Departamenti ABŞ-nin Cənubi Afrikaya yardımının
əhəmiyyətli hissəsinin dərhal dayandırılması barədə göstəriş
verib.
Trend-in
məlumatına görə, bu barədə “The Guardian” qəzeti dövlət katibi
Marko Rubionun imzaladığı məktuba istinadən bildirib.
<!—->
<!––>
“Bütün bürolar, ofislər və missiyalar Cənubi Afrikaya yardım
paylamaq və ya kömək üçün bütün öhdəlikləri dayandırmalıdırlar”, –
deyə sənəddə bildirilib.
ABŞ prezidenti Donald Trampın 7 fevral tarixli sərəncamında
Cənubi Afrika respublikanın ağdərili əhalisinə qarşı “irqi
ayrı-seçkilik”də ittiham edilib.