Bakı. Günaydın:
Avstraliya sahillərinə çatan “Alfred” tropik siklonu ilə
əlaqədar 83 mindən çox ev elektrik enerjisi xətlərindən
kəsilib.
Trend-in məlumatına görə, bu barədə qitənin şərqində paylayıcı
şəbəkələrə xidmət göstərən “Essential Energy” enerji şirkəti xəbər
verib.
<!—->
<!––>
Məlumata əsasən, martın 7-si səhər saatları ücün Yeni Cənubi
Uels ştatında ən azı 43 000 ev və müəssisə işıqsız qalmışdı, daha
əvvəl isə Kvinslend ştatında daha 40 000 ev təsərrüfatları elektrik
xətlərinə çıxışı itirmişdi.
“Siklonun yaxınlaşması nəticəsində hava şəraitinin kəskin
şəkildə pisləşməsi ilə əlaqədar təmir briqadalarının işi gecə
saatlarında dayandırılıb”, – deyə qeyd edilib.