Bakı. Günaydın:
Ötən il Azərbaycana xaricdən 62 ton titan filizləri və
konsentratları gətirilib.
Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda məhsulun idxal dəyəri 140 min ABŞ dolları olub.
Titan filizləri və konsentratlarının 27 tonu Ukraynadan idxal
edilib ki, onun da idxalına çəkilən xərc 60 min ABŞ dollarıdır. Bir
ton üçün orta qiymət 2 222 ABŞ dolları olub.
<!—->
<!––>
Türkiyədən idxal olunan 35 ton titan filizləri və
konsentratlarına çəkilən xərc 80 min ABŞ dolları olub ki, bunun da,
bir tonu üçün orta qiyməti 2 285 ABŞ dolları təşkil edib.
Hesablamalardan məlum olur ki, Türkiyədən alınan titan filizləri
və konsentratlarının bir tonu üçün qiyməti Ukraynadan alınan eyni
məhsuldan 63 ABŞ dolları bahadır.