Bakı. Günaydın:
Hazırda TƏBİB tabeli tibb müəssisələrində xaricdə təhsil almış
1345 nəfər tibb işçisi çalışır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.
<!—->
<!––>
Bildirilib ki, əhaliyə göstərilən tibbi xidmətlərin
keyfiyyətinin artırılması məqsədilə “Tibb müəssisələrində ixtisaslı
kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2024-cü illər
üçün Proqram” çərçivəsində isə TƏBİB tabeli tibb müəssisələrinə
ümumilikdə 134 nəfər xaricdə təhsil almış həkim-mütəxəssis cəlb
edilib.
Qeyd edək ki, xaricdə təhsil almış və orada çalışan həkimlərin
ölkədə, eyni zamanda regionlardaki xəstəxanalarda işləməyə cəlb
edilməsi ilə bağlı TƏBİB tərəfindən işlər görülür.