Bakı. Günaydın:
Milli Məclis Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması
haqqında illik məruzəsini qəbul edib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, Ombudsman Səbinə Əliyeva parlamentin bu gün keçirilən
plenar iclasında məruzəni təqdim edib.
O bildirib ki, ötən il Ombudsmanın ünvanına 29 371 müraciət
daxil olub:
Milli Məclisin deputatları çıxış edərək məruzəni yüksək
qiymətləndirib, müxtəlif sual və təkliflərini səsləndiriblər.
Məruzə müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul
edilib.