Tərtər. Trend:
Tərtərdə iki “VAZ” markalı minik maşınlarının toqquşması
nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Trend-in yerli
bürosu xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində baş
verib.
Belə ki, qəza zamanı Bərdə rayon sakini 2001-ci il təvəllüdlü
Yaqub İsbəndiyarov ölüb. Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü
Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət
Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il
təvəllüdlü Ümid Xıdırov isə yaralanıb.
<!—->
<!––>
Yaralılar Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.