Bakı. Günaydın:
Bu ilin yanvar ayında Azərbaycana 3,7 milyon ABŞ dolları
dəyərində dəmiryol lokomotivləri və ya mühərrikli tramvay
vaqonları, dəmiryol nəqliyyat vasitələri və onların hissələri;
dəmiryol və ya tramvay xətləri üçün yol avadanlıqları və qurğuları,
onların hissələri; mexaniki (elektromexaniki daxil olmaqla) siqnal
avadanlıqlarının bütün növləri idxal edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə
müqayisədə 25,2 milyon ABŞ dolları və ya 87,1% azdır.
Hesabat ayında sözügedən vasitələrin idxalı ölkənin ümumi
idxalında 0,18% paya malik olub.
<!—->
<!––>
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici
ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil
edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5
milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik
müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910
milyon dollar və ya 79,7% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət
saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya
40,7% çoxdur.