Bakı. Günaydın:
Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 Avropa
çempionatına yekun vurulub.
Trend-in
məlumatına görə, son yarış günündə yunan-Roma güləşi üzrə
Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.
<!—->
<!––>
Ruslan Nurullayev (72 kiloqram) finalda rusiyalı Danil
Qriqoryevlə qarşılaşıb. Ötən il Bakıda keçirilən analoji yarışda
bürünc medal qazanan Ruslan bu dəfə fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb. Nurullayev 3:2 hesablı qələbə ilə Albaniyada
himnimizin 4-cü dəfə səslənməsinə nail olub.
Elmin Əliyevin (82 kiloqram) debüt etdiyi yarışda medal qazanmaq
arzusu isə reallaşmayıb. O, bürünc medal uğrunda görüşdə
finlandiyalı Conni Sarkkinenə 1:4 hesabıyla məğlub olub.