Bakı. Günaydın:
Azərbaycan ötən gün Braziliyada keçirilən COP30 brifinqində
qlobal iqlim tədbirlərini irəli aparmaq öhdəliyini bir daha
təsdiqləyib.
Trend-in
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Birləşmiş
Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “X”dəki rəsmi
hesabında bildirilib.
Qeyd olunub ki, Azərbaycanda keçirilmiş COP29 iqlim
fəaliyyətinin irəliləyişində dönüş nöqtəsi oldu: “Biz Bakıda
başlanmış Fəaliyyət Proqramı təşəbbüslərinə əsaslanaraq COP-dan
COP-a əməkdaşlığı gücləndirmək, davamlılıq və uyğunluğu təmin etmək
məqsədi daşıyırıq. Belemdə COP30-a doğru irəliləyərkən, bizi bu
günə qədər gətirən kollektiv səylərə hörmətlə yanaşırıq və bu
kritik məqamda iqlim danışıqlarının növbəti mərhələsinə rəhbərlik
üçün Braziliya rəhbərliyini dəstəkləməyə hazırıq”.