Bakı. Günaydın:
Bu ilin yanvar ayında Azərbaycandan xaricə 2 min ton mis
filizləri və konsentratları ixrac edilib.
Trend-in
Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı
hesablamalara görə, bu miqdarda məhsul ixracının dəyəri 2,4 milyon
ABŞ dolları olub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi
ilə 1,8 min ton və ya 10,5 dəfə, dəyər ifadəsi ilə 2,1 milyon ABŞ
dolları, yaxud da 7,1 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin yanvarında Azərbaycandan xaricə 0,2 min
ton miqdarında, 0,3 milyon ABŞ dolları dəyərində mis filizləri və
konsentratları ixrac edilib.
<!—->
<!––>
Qeyd edək ki, ötən ay ixrac olunan mis filizləri və
konsentratlarının ümumi ixracda payı 1,06% təşkil edib.
Xatırladaq ki, ötən il Azərbaycandan 2,1 milyon ABŞ dolları
dəyərində, 1,2 min ton miqdarında mis filizləri və konsentratları
ixrac olunub. Bu, 2023-cü ildəki göstəricidən dəyər ifadəsi ilə 89%
və ya 16,9 milyon ABŞ dolları, miqdar ifadəsi ilə 92,6% və ya 15,4
min ton azdır.
Hesabat dövründə mis filizləri və konsentratları ixracı ölkənin
ümumi ixracının 0,07%-ni təşkil edib.