Bakı. Günaydın:
Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 765
manat dəyərində müşahidə kamerasının oğurlanması barədə polisə
məlumat daxil olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Daxili İşlər
Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər
dəfələrlə məhkum olunmuş 52 yaşlı H.Vəliyev müəyyən olunaraq
saxlanılıb.
<!—->
<!––>
Bundan başqa, bir nəfərin etibarından sui-istifadə edərək 125
manatını ələ keçirməkdə şübhəli bilinən 45 yaşlı N.Quliyevin
saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.