Bakı. Günaydın:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı
marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt
üzrə 8 və 9 martda əlavə qatar reysləri təyin edir.
Trend
xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə
hər gün hər iki istiqamətə səfər etmək mümkündür.
“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol
vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya
7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə
bilərsiniz”,- məlumatda qeyd edilib.