Bakı. Günaydın:
İngiltərənin “Çelsi” komandası daha bir futbolçu ilə
anlaşıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, London
təmsilçisi Portuqaliyanın “Sportinq” klubundan 20 yaşlı
yarımmüdafiəçi Dariu Essouqu ilə razılığa gəlib. “Zadəganlar” bu
keçid üçün qarşı tərəfə 22 milyon avro ödəyəcək.
<!—->
<!––>
“Çelsi” daha əvvəl “Sportinq”in digər futbolçusu Jovani Kendanın
keçidi üçün anlaşma əldə edib.