Bakı.Trend:
Martın 7-də Fransa Seneqalın paytaxtı Dakkardakı iki hərbi
obyektinə nəzarəti rəsmi olaraq ölkə rəhbərliyinə təhvil verib.
Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, b barədə Fransanın Seneqaldakı
səfirliyi bəyanat yayıb.
<!—->
<!––>
Məlumata görə, fevralın 28-də ikitərəfli birgə komissiyasının
qərarına və hərbi əməkdaşlıq haqda ölkələr arasında 2012-ci ildə
imzalanmış hərbi müqaviləyə əsasən, Fransa tərəfi Mareşal və
Sent-Ekzüperi bazalarında yerləşən obyektləri və yaşayış yerlərini
Seneqala təhvil verib.
Fransanın diplomatik missiyasının bildirdiyinə görə, Hann parkı
yaxınlığında yerləşən bazaların təhvil-təslimi prosesinə 2024-cü
ildən başlanılıb. Fransanın ölkədəki qalan hərbi bazaları isə
öncədən razılaşdırılmış qrafik üzrə qarşı tərəfə təhvil
verilməlidir.