Bakı. Günaydın:
Mart ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları
Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində
sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İrandan
Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması
müşahidə edilib.
DSX-dən Trend-ə
bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri
nəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qram
narkotik vasitəni (9 kq 60 qram marixuana; 9 qram tiryək) ölkə
ərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikası
vətəndaşları – 1999-cu il təvəllüdlü Cavadi Məmmədreza Məhəmməd və
2001-ci il təvəllüdlü Mirzadeh Milad Cəlal saxlanılıb.
<!—->
<!––>
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.