Bakı. Günaydın:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən
xidmətlərin elektronlaşdırılması istiqamətində aparılan işlər
çərçivəsində “biletim.az” portalına Bakı-Naxçıvan-Bakı istiqaməti
üzrə Naxçıvan-Bakı reysləri də əlavə edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyindən (AYNA) məlumat verilib.
Bu gündən sərnişinlər Naxçıvandan Bakıya onlayn bilet ala
bilərlər. İstiqamət üzrə aralıq məntəqəsi olaraq Culfa və Naxçıvan
şəhərləri təyin edilib.
Qeyd edək ki, Bakıdan Naxçıvana “biletim.az” portalı üzərindən
onlayn bilet satışı 19 dekabr 2023-cü il tarixindən başlanılıb.
<!—->
<!––>
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər
gün reallaşır. Gün ərzində tələbatdan asılı olaraq 4-6 reys həyata
keçirilir. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir.
Biletlərin qiyməti 30 AZN təşkil edir.
“Biletim.az” portalı vaxta qənaət, müştəri məmnuniyyətinin təmin
edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması
baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil
olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim”
mobil tətbiqini “App Store”
və “Google
Play”dən yükləmək mümkündür.