Bakı. Günaydın:
Fevral ayı üzrə 613 müraciətçinin 548-i barədə müsbət qərar
verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 65 nəfərin
müraciəti isə mənfi qərarla yekunlaşmışdır.
Trend
xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi
(TKTA) məlumat yayıb.
Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı
ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə
47, “Açıköğretim” təhsil forması səbəbilə 6, akkreditasiyasız ali
təhsil müəssisəsi səbəbilə 4, tədris yükünü mənimsəmək üçün təhsil
aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və
əhəmiyyətli fərq səbəbi ilə 3, baytarlıq ixtisası üzrə qiyabi
formada təhsil alınması səbəbilə 2, ekvivalenti olmayan ixtisas
səbəbilə 2, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1 nəfərin
müraciəti mənfi qərarla yekunlaşmışdır.
<!—->
<!––>
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya
Federasiyasından 166, Ukraynadan 158, Türkiyə Respublikasından 148,
Belarus Respublikasından 43, Gürcüstandan 21, Birləşmiş Krallıqdan
18, Macarıstan dan 12, Amerika Birləşmiş Ştatlarından 6, Polşa
Respublikasından 6, Qırğız Respublikasından 4, İsveç Krallığından
3, Niderland Krallığından 3, Pakistan İslam Respublikasından 3,
İspaniya Krallığından 2, İtaliya Respublikasından 2, Malayziyadan
2, Mərakeş Krallığından 2, Tacikistan Respublikasından 2, Almaniya
Federativ Respublikasından 1, Belçika Krallığından 1, Cənubi Afrika
Respublikasından 1, Çin Xalq Respublikasından 1, Fransa
Respublikasından 1, İsveçrə Konfederasiyasından 1, Kanadadan 1,
Koreya Respublikasından 1, Latviya Respublikasından 1, Nigeriya
Federativ Respublikasından 1, Özbəkistan Respublikasından 1,
Qazaxıstan Respublikasından 1 müraciətin olduğu müşahidə
olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq
ixtisası üzrə 128, tibb ixtisası üzrə 52, yanğın təhlükəsizliyi
mühəndisliyi ixtisas üzrə 43, həyat fəaliyyətinin təhlükəsizliyi
mühəndisliyi ixtisası üzrə 39, stomatologiya ixtisası 27 müraciət
qeydə alınmışdır.