Bakı. Günaydın:
PAŞA Holding-in dəstəyi ilə 1-2 mart tarixlərində Passage
1901-də keçirilən “Woman Bazaar 4 – Dayanıqlı İnkişaf Festivalı” 8
Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuşdur. Festival, həssas
qruplardan olan qadınların sahibkarlıq fəaliyyətlərini inkişaf
etdirmək və iqtisadi müstəqilliklərini gücləndirmək məqsədini
daşıyırdı.
Bu il festivaldan əvvəl fevral ayı boyunca 60 qadın üçün
təlimlər və mentorluq proqramları təşkil olundu. Festivalın iki
günü ərzində isə qadınlar öz brendlərini təqdim edərək məhsullarını
satmaq imkanı əldə etdilər. Bununla yanaşı, müxtəlif guşələr, ustad
dərsləri, panel müzakirələri və musiqi proqramları da festival
iştirakçıları üçün təşkil olundu.
Festival 1 mart tarixində rəsmi açılış nitqləri ilə başladı.
Açılışda Gender Hub Azerbaijan-ın həmtəsisçisi və icraçı
direktoru Məryəm Məcidova, BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva, Böyük Britanyanın
Azərbaycandakı Səfiri Fergus Auld, KOBİA İdarə Heyəti sədrinin
müavini və “Woman Bazaar” layihə rəhbəri Günay Adıgözəlova
çıxış etdilər.
Açılış nitqlərindən sonra Unibox Sosial Biznes
Layihəsi təqdim edildi və festival iştirakçısı olan qadın
sahibkarlara sertifikatlar təqdim olundu. Gün ərzində
“Qadınlar Qadınlar üçün” və “Qadınlar Biznesdə”
mövzusunda çıxışlar baş tutdu, eləcə də Aynabənd musiqi
qrupu, Nərmin Abdul və Könül Manel kimi ifaçıların musiqi
performansları festival iştirakçılarına təqdim olundu.
<!—->
<!––>
Axşam saatlarında “Ailə və Sahibkarlıq: Qadın
Sahibkarlar Üçün Balansı Necə Qurmaq Olar?” mövzusunda
panel müzakirəsi təşkil olundu. Paneldə Nigar Sultanova,
Pərvanə Bayramova, Jalə Hacıyeva və Samirə Qasımova kimi
ekspertlər qadın sahibkarların üzləşdiyi çətinliklər və mövcud
dəstək mexanizmləri barədə fikirlərini bölüşdülər.
2 mart – festivalın ikinci günü Şəhla Babayeva, Reyhanə
Hacıyeva, Ulduzə Xəlilova kimi qadın sahibkarların
çıxışları ilə davam etdi. Gün ərzində Cavidan Fatehi,
Ayselin rəqs qrupu və Tural Turan qardaşları festival
iştirakçılarına musiqi proqramları ilə unudulmaz anlar yaşatdı.
Ümumilikdə, festival boyunca 60 qadın sahibkara öz
məhsullarını geniş auditoriyaya təqdim etmək imkanı
yaradıldı və qadınların iqtisadi azadlığını gücləndirməyə
töhfə verildi.
Qeyd edək ki, qadın sahibkarlığı mövzusu PAŞA Holding-in KSM
strategiyasında mühüm yer tutur. Bu istiqamətdə PAŞA Holding və
onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura
AFAQ layihəsi, Ana Sahibkar, Women Bazaar layihələri daxildir. Qeyd
edək ki, ötən il PAŞA Holding Azərbaycanın voleybol üzrə milli
yığma komandasını da dəstəkləmişdi.