Bakı. Günaydın:
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yanğın baş verib.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin
Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb
olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bir dam altında
tikilmiş 15 boksdan ibarət qarajın dam örtüyündə baş vermiş yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
<!—->
<!––>
Yanğın nəticəsində ümumi sahəsi 1500kv.m. olan qarajın dam
örtüyünü taxta atmaları 200kv.m. sahədə yanıb.
Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.