Telegram-ın Android üçün olan beta versiyasında qrup zəngləri funksiyası istifadəyə verilib. Bu funksiya eyni anda bir qrupda 100 istifadəçiyə qədər ünsiyyət qurmağa imkan verir. Qrup zəngi yaratmaq üçün zənglər bölməsinə daxil olub əvvəlcə “Start New Call“, daha sonra isə “Create Call Link” seçimini etmək lazımdır. Bundan sonra istifadəçiyə t.me/call formatında zəng keçidini kopyalamaq təklif olunacaq və həmin keçid “Share” düyməsinə klikləməklə eyni anda bir neçə iştirakçıya göndərilə bilər.

Qrup zənginin iştirakçıları, əgər məxfilik ayarları buna icazə verirsə, zəngə yeni istifadəçilər əlavə edə biləcəklər. Həmçinin bildirilir ki, qrup zəngləri end-to-end şifrələmə ilə qorunur. İştirakçılar mikrofon və səsgücləndiricini ayrı-ayrılıqda aktiv və ya deaktiv edə, eləcə də kameradan görüntü yayımlaya bilərlər. Qeyd etmək lazımdır ki, Pavel Durov bir neçə müddət bundan öncə bildirdi ki, messencerin aylıq aktiv istifadəçi sayı 1 milyardı keçib. Hazırda Telegram Çinin WeChat messenceri istisna olmaqla yalnız WhatsApp-dan geri qalır.